Menyu

Parisdə “Sarı jiletlilər”in aksiyası səbəbindən Konkord meydanı bağlanıb

Operativ Media
Parisdə “Sarı jiletlilər”in aksiyası səbəbindən Konkord meydanı bağlanıb
1 dəq oxu

Fransanın paytaxtı Parisdə “Sarı jiletlilər” hərəkatının üzvləri və tələbələr razılaşdırılmamış etiraz aksiyası keçirib. Polis aksiyaya görə Konkord meydanını mühasirəyə alaraq etirazçıların hərəkətini məhdudlaşdırıb.

Operativ Media xəbər verir ki, aksiya Yelisey sarayı və Fransa parlamentinin aşağı palatası yaxınlığında baş tutub.

Etirazçılar yerli vaxtla saat 19:00-dək meydanı tərk etməyəcəklərini bildiriblər. Onlar etiraz hüququnun qorunmasını, güc strukturlarına ayrılan vəsaitin azaldılaraq təhsil, səhiyyə və sosial ehtiyaclara yönəldilməsini, eləcə də varlı vətəndaşlar və iri şirkətlər üçün vergilərin artırılmasını tələb ediblər.

Polis aksiyanın Paris prefekturası ilə razılaşdırılmadığını bildirib. Aksiya iştirakçılarına 135 avro məbləğində cərimə tətbiq olunacağı qeyd edilib.

Əlaqəli Xəbərlər