Menyu

ABŞ İranın sərhədlərindən silah daşınmasının qarşısını almaq üçün işçi qrupu yaradıb

Operativ Media
ABŞ İranın sərhədlərindən silah daşınmasının qarşısını almaq üçün işçi qrupu yaradıb
1 dəq oxu

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq məqsədilə xüsusi işçi qrupu təsis edib.

Operativ Media xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, noyabrın 7-də yaradılan “Dəmir qapılar” (Iron Gate) adlı işçi qrupu İranın qabaqcıl silahların və digər yüklərin daşınması üçün quru marşrutlarından istifadəsinin qarşısını almaq istiqamətində ABŞ hökumətinin səylərinə dəstək göstərəcək.

Florida ştatında fəaliyyət göstərəcək qrup digər ABŞ qurumları ilə koordinasiyalı şəkildə çalışacaq. Onun əsas vəzifələri arasında İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasının qarşısını almaq, eləcə də qanunsuz gəlir kanallarını bağlamaq yer alır.

Əlaqəli Xəbərlər