Menyu

Ötən il Almaniyanı 1,24 milyondan çox insan tərk edib

Operativ Media
Ötən il Almaniyanı 1,24 milyondan çox insan tərk edib
1 dəq oxu

2025-ci ildə Almaniyadan 1,24 milyondan çox insan mühacirət edib.

Operativ Media xəbər verir ki, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin rəsmi məlumatlarında qeyd olunub.

Məlumata görə, ölkəni tərk edənlər arasında həm Almaniya vətəndaşları, həm də digər Avropa İttifaqı ölkələrinin vətəndaşları olub. Ötən il Almaniyanı rekord sayda – 288,5 min alman tərk edib.

Ümumilikdə, ölkədən 494 min Avropa İttifaqı vətəndaşı və digər ölkələrin 461 minə yaxın vətəndaşı gedib. Bu göstərici üzrə Rumıniya və Ukrayna vətəndaşları ilk sıralarda yer alıblar. Belə ki, Almaniyanı təxminən 173 min rumıniyalı və 97 min ukraynalı tərk edib.

Həmin ölkələr Almaniyaya gələnlərin sayına görə də lider olub. 2025-ci ildə təxminən 187 min ukraynalı və 170 minə yaxın rumıniyalı Almaniyaya köçüb. Bu, ölkəyə gələn ümumilikdə təxminən 1,4 milyon nəfərin dörddə birini təşkil edib.

Əlaqəli Xəbərlər