http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda orta statistik maaşa uyğun olaraq standart kredit faizi tətbiq edilə bilər?

04 Aprel 2024 , 13:17
Azərbaycanda orta statistik maaşa uyğun olaraq standart kredit faizi tətbiq edilə bilər?

Bir çox bank 11 faizlə kredit götürmənin mümkünlüyünü təklif edir. Lakin ətraflı məlumat aldıqda bəlli olur ki, bu cür aşağı faizlər 2 mindən yuxarı maaş alanlar üçün nəzərdə tutulub. 

Ümumiyyətlə, hər bir bankın özünün müəyyənləşdirdiyi faizlər mövcud olsa da, demək olar ki, əhalinin böyük bir qismi üçün həmin rəqəmlər uyğun olmur.

Bəs Azərbaycanda nə vaxtsa orta statistik maaşa uyğun olaraq standart kredit faizi tətbiq edilə bilər?

Mövzu ilə əlaqədar iqtisadçı ekspert Fuad İbrahimov "Operativ Media"ya açıqlamasında bildirib ki, bu məsələdə kompleks yanaşma parametrləri var:

"Bəzi banklar 11 faizlə kredit təklif edirsə, elə banklar da var ki, 11 faiz ilə vətəndaşdan depozit müqaviləsi əsasında pul qəbul edirlər. Bankların da gəlir mənbəyi vətəndaşlardan və yaxud digər mənbələrdən formalaşır. Onlar depozitlə kapitalı cəlb edir və sonra onu yerləşdirir, yəni digər kredit götürmək istəyənlərə verir. Əgər vətəndaşlardan bu depozitlər 5, 6, 7 %-dən yığılsa, fərqli nəticə olar. Amma eyni zamanda burada Mərkəzi Bankın uçot dərəcələrini də nəzərə almaq lazımdır".

Ekspertin sözlərinə görə, Azərbaycanda nə vaxtsa orta statistik maaşa görə standart kredit faizi tətbiq edilə bilər:

"Əlbəttə, bu nəzəricə mümkündür. Ancaq bir şeyi nəzərə almaq lazımdır: Orta statistik maaş bu gün iki sektorda - həm dövlət  həm də qeyri-dövlət sektorunda mövcuddur. Dövlət sektorunda haradasa dayanıqlıq varsa, qeyri-dövlət sektorunda bu işin özünün dayanıqlığı və statistik ömürü yoxdur. Yaxud hələ statistikada göstərə bilmirik ki, misal üçün 50 faiz bu sektorda işləyən və orta maaş alan təbəqə ən azından 3-4 il işləmiş olsun. Tarixçiyə baxırsan, bir də görürsən ki, il yarım, iki il. Ən nadir hallarda isə beş il hansısa bir şirkətdə işləyir, sonra iş yerini dəyişir. Yəni dayanıqlığı olmadığı üçün bu dediyimiz əmsal da formalaşmasını itirir".

İqtisadçı qeyd edib ki, bu standartların tətbiq olunması üçün banklara həm də maya dəyəri aşağı olan pul kütləsi vacibdir:

"Bu gün dünyada kifayət qədər donorlar var ki, illik 1 %-dən 3 %-ə qədər vəsaitlər ayıra bilir. Həmin donorlar vasitəsilə banklara vəsaitlər cəlb olunmalıdır. Bu halda banklar sərbəst bunun üzərindən həm də öz risklərini diversifikasiya etməklə hər hansı bir standart müəyyən edə bilərlər".

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

SOCAR ABŞ şirkəti ilə saziş imzalayıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu