Yaponiya Rusiyaya 164 növ malın ixracına qadağa qoyub

Nərmin Qocamanlı
Yaponiya Rusiyaya 164 növ malın ixracına qadağa qoyub

Yaponiya Rusiyaya 164 növ malın, o cümlədən motor yağı, litium-ion akkumulyatorlar və elektrik alətlərinin ixracını qadağan edib.

"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin İqtisadiyyat, Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Qadağaya hidrogen xlorid, alüminium hidroksid, nitroselüloz, qaz və neft kəmərləri üçün borular, parça-parça, toz və tullantı şəklində renium tədarükü də daxildir.

Digər xəbərlər