http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Dövlət Xidmətində təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş olub

05 Aprel 2024 , 10:19
Dövlət Xidmətində təbii inhisar subyektlərinin rəhbərləri ilə görüş olub

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində təbii inhisar subyektlərinin rəhbər şəxsləri ilə görüş keçirilib.

"Operativ Media" Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüş Rəqabət Məcəlləsində nəzərdə tutulan təbii inhisar fəaliyyəti sahələri, təbii inhisar subyektlərinin fəaliyyətinə dair tələblər və bu sahədən irəli gələn hüquqi tənzimləmə mexanizmlərinə aydınlıq gətirilməsi, eləcə də müvafiq sahədə təkmilləşdirilmiş qanunvericilik alətlərinin, iqtisadi tənzimləmələrin, rəqabət orqanı ilə razılaşdırılmalı olan təbii inhisar subyektlərinin dövlət nəzarətinin predmetinə daxil edilən hərəkətlərin və digər məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.

Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib ki, bu ilin 1 iyul tarixindən qüvvəyə minəcək Rəqabət Məcəlləsi hazırlanarkən təbii inhisar fəaliyyətinin tənzimlənməsi sahəsi üzrə beynəlxalq təcrübə araşdırılıb, milli iqtisadiyyatımıza uyğun modellər əsasında təkmil müddəalar Məcəlləyə daxil edilib. Vurğulanıb ki, azad sahibkarlığın inkişafına dəstək və istehlakçıların mənafelərinə zidd davranışların qarşısının alınması məqsədilə Məcəllədə yer alan məsuliyyət tədbirləri qanun pozuntuları ilə mübarizəyə hədəflənib.

Müzakirələr zamanı Məcəllə ilə müəyyən edilmiş təbii inhisar fəaliyyət sahələrindən başqa sahələrə investisiyaların ayrılması və ya yeni fəaliyyət sahələrinə başlanılması, təbii inhisar subyektlərinin yenidən təşkili, ləğvi və ya təbii inhisar fəaliyyəti üzrə səlahiyyətlərin digər hüquqi şəxsə ötürülməsi və s. meyarlara nəzər salınıb.

Bundan əlavə, istehlak bazarında fəaliyyət göstərən təbii inhisar subyektlərinin istehlakçı hüquqlarını rəhbər tutaraq onlara ədalətli rəftar və yanaşma nümayiş etdirməsinin, vətəndaş müraciətlərinə operativ şəkildə baxılmasının vacibliyi vurğulanıb. Biznes subyektlərinin təbii inhisar subyektləri tərəfindən istehsal olunan məhsullardan və göstərilən xidmətlərdən bərabər şəkildə yararlanmalarını təmin edən mühitin inkişafının zəruriliyi qeyd olunub.

Sonda təbii inhisar fəaliyyətinin səmərəli təşkili məqsədilə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət məsələləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu