Menyu

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Nərmin Qocamanlı
Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi*,* Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də idarənin tabeliyində olan bir qrup məktəb direktorları Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyini ziyarət ediblər.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub.

Qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında hərbi liseydə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.

Sonda qonaqlar hərbi liseydə yaradılmış şəraitlə tanış olublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər