http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 43,8 milyon manat qaytarılıb

06 Aprel 2024 , 12:59
Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 43,8 milyon manat qaytarılıb

Ölkədə “ƏDV geri al” layihəsi uğurla tətbiq edilir. 2024-cü ilin yanvar – mart ayları ərzində fiziki şəxs olan istehlakçılar tərəfindən pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara və göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

Dövlət Vergi Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün edvgerial.az portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü ilin 1 aprel tarixinədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 1,5 milyarddan çox kassa çeki üzrə 559,5 milyon manat ƏDV məbləği geri qaytarılıb.

 

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
Menyu