http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Niyə "Amazon", "Alibaba", "eBay" yox, "Trendyol" Azərbaycan bazarında əsas oyunçuya çevrildi?

06 Aprel 2024 , 14:54
Niyə "Amazon", "Alibaba", "eBay" yox, "Trendyol" Azərbaycan bazarında əsas oyunçuya çevrildi?
Trendyol, Ebay, Amazon, Alibaba loqo created Operativ Media

Azərbaycanda əhali ötən il xaricdən 2 milyard manatlıq onlayn alış-veriş edib. Onlayn alış-verişin əsas hissəsini Türkiyədən olan pərakəndə sifarişlər təşkil edir. Ekspertlər Türkiyədən olunan sifarişlərin bu il daha da artacağını proqnozlaşdırır. Bəs niyə azərbaycanlı alıcılar Türkiyədən daha ucuz olan Çin bazarına üz tutmurlar?

 “Operativ Media“ya açıqlamasında marketoloq Nərmin Məmmədhəsənli bildirib ki, Türkiyədən sifarişlərin çox olmasının səbəbi onlayn alış-veriş platformalarının Azərbaycana keçid etməsidir. 

"Əsas sifariş verilən məhsullar tekstil, mebel və qida məhsullarıdır. Türkiyədə lirənin ucuzlaşması da bu bazara axını daha da artırdı. Türkiyənin böyük satış platformaları Azərbaycan bazarında daha da hökmran mövqe tutmaq üçün kampaniyaları artırdılar. Bununla yanaşı əvvəlki dövrlə müqayisədə karqo fəaliyyəti də daha optimallaşdırıldı. Bu gün demək olar ki, “Trendyol” şirkəti uğurlu bazar strategiyası ilə yerli satıcıların ciddi rəqibinə çevrilib. Xüsusilə sosial media üzərindən bloggerlərlə əməkdaşlıq etməklə müştəri bazasını genişləndirdilər. Daimi alıcılar üçün daha çox imkanlar yaradıldı və yeni müştərilərin gəlməsi üçün reklamı artırdılar".

Mütəxəssisin sözlərinə görə, “Amazon “ “Alibaba “ “eBay” kimi böyük satış platformalarının Azərbaycan bazarında geniş yer tutması üçün illər lazımdır. Baxmayaraq ki, bu satış şəbəkələri çeşid baxımdan daha geniş imkanlar təqdim edir.

“Amazon , Alibaba , eBay satış platformalarının Azərbaycanda xüsusi alıcıları var. Xüsusilə elektronika məhsulları üçün bu satış şəbəkəsindən daha çox sifariş edilir. Amma geyim üçün bu elə də aktual deyil. Məhsulların çatdırılma müddəti və dil amili də burada xüsusi rol oynayır. Demək olar ki, Türkiyə türkcəsini hərkəs bilir. Digər platformalardan sifariş üçün isə elementar ingilis dili biliyi vacibdir. Düşünürəm ki, ən əsas amil düzgün qurulmuş marketinq strategiyasıdır. “Trendyol“ bunu çox uğurlu şəkildə etdi. Yerli satıcılar üçün zərbə olsa da, alıcılar bundan narazı deyil".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
Menyu