http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Cari ilin ilk iki ayında ölkəyə 1185 ədəd yük avtomobili idxal edilib

06 Aprel 2024 , 15:53
Cari ilin ilk iki ayında ölkəyə 1185 ədəd yük avtomobili idxal edilib

Bu ilin yanvar-fevral aylarında ölkədə 149 ədəd yük avtomobili istehsal olunub.

"Operativ Media" xəbər verir ki, "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 33 faiz və ya 37 ədəd artıb.

Təkcə fevral ayı ərzində ölkədə 86 yük avtomobili istehsal olunub ki, bu da yanvar ayına nisbətdə 36,5 faiz və ya 23 ədəd çoxdur. Mart ayının 1-nə hazır məhsul ehtiyatı 64 avtomobil təşkil edib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk iki ayında ölkəyə 22,5 milyon ABŞ dolları dəyərində 1185 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 66 faiz və ya 8,9 milyon dollar, sayı isə 36 faiz və ya 314 ədəd artıb.

Təkcə cari ilin fevral ayında ölkəyə 13,6 milyon dollar dəyərində 690 ədəd yük avtomobili idxal edilib ki, bu da yanvar ayı ilə müqayisədə dəyər ifadəsində 52,9 faiz və ya 4,7 milyon dollar, say olaraq isə 39,4 faiz və ya 195 ədəd çoxdur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu