07 Aprel 2024, 12:16
ƏÜO-da hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib - VİDEO
ƏÜO-da hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib - VİDEO şəkil
ƏÜO-da hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) hərbi qulluqçular arasında sərbəst güləş birinciliyi keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Naxçıvan Olimpiya İdman Kompleksində keçirilən birincilikdə əvvəlcə ƏÜO-nun zabiti, polkovnik-leytenant Vahid Məmmədov və yarışların baş hakimi Hikmət Hüseynov birinciliyin məqsəd və qaydalarını idmançı hərbi qulluqçuların diqqətinə çatdırıb. Bildirilib ki, ordumuzda idmanın inkişafı hər zaman diqqət mərkəzində saxlanılır, şəxsi heyətin idmana marağının artması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Hərbi qulluqçular arasında təşkil edilən müxtəlif idman yarışları da görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda 12 komandadan 114 idmançı mübarizə aparıb.
Gərgin mübarizə ilə yadda qalan yarışlarda ilk 3 yerin qalibi motoatıcılardan ibarət komandalar olub.

Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Son xəbərlər
ABŞ Patriot hava hücumundan müdafiə sistemini Ukraynaya köçürə bilər
Qvatemalada güclü zəlzələ baş verib
Klublararası DÇ: İlk finalçı bəlli oldu
Azərbaycan OPEC-in Beynəlxalq Seminarında təmsil olunur
Ukrayna 20 ölkədə səfirlərini dəyişəcək
Paşinyan Qazaxıstana hərbi attaşe təyin edib
Bolqarıstan 2026-cı ildən avroya keçir
Gədəbəydə qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB