Yanvar-mart aylarında Azərbaycanda 1,6 milyon tona yaxın neft emal edilib
Nərmin Qocamanlı
Cari ilin yanvar-mart aylarında Azərbaycanda 1,6 milyon tona yaxın neft emal edilib, bu da illik müqayisədə 5,9% azdır.
Bu barədə “Operativ Media" Energetika Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 1,7 milyon. ton neft emal olunub.
Xatırladaq ki, ötən il Azərbaycanda 6,5 mln. tona yaxın neft emal edilib, bu da illik müqayisədə 4,84% çoxdur.
Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Teqlər:
"Yanvar-mart aylar\u0131nda Az\u0259rbaycanda 1 6 milyon tona yax\u0131n neft emal edilib"