Menyu

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

Nərmin Qocamanlı
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən cari il ərzində iki ölkə arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimin birinci qərargah danışıqlarının keçirilməsi məqsədilə Özbəkistan nümayəndə heyəti ölkəmizə səfər edib.

Özbəkistanlı nümayəndə heyəti ilə keçirilən görüşdə iki ölkə arasında keçiriləcək kompüter dəstəkli taktiki komanda-qərargah təlimi haqqında brifinq təqdim olunub.

Təlimin məqsədi, icra olunacaq tapşırıqlar və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılan görüşün sonunda komanda-qərargah təliminin yekun protokolu imzalanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər