Menyu

Zakir Həsənov İordaniya Kralı ilə görüşüb

Əziz Əzizli
Zakir Həsənov İordaniya Kralı ilə görüşüb
1 dəq oxu

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən xəbər verilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını çatdırıb.

Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

Əlaqəli Xəbərlər