http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Toxum subsidiya"larının verilməsində nöqsanlar aşkarlanıb

15 Aprel 2024 , 19:02
“Toxum subsidiya"larının verilməsində nöqsanlar aşkarlanıb

Azərbaycanda "Elit" sinifli toxum alınmadığı halda R1 reproduksiyalı toxumlar üçün subsidiya ödənilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülleteninin 2024-cü il üçün 1-ci nömrəsində qeyd edilib.

Bildirilib ki, əvvəlki illərdə "Elit" sinifli toxumu (gömrük bəyannamələri, elektron qaimə-fakturalar və ya Kənd Təsərrüfatı Nazirliyinin "Elit" toxumunun güzəştli satışı üzrə adlı bölgüsü ilə təsdiqlənən toxum alışı üzrə) alınmadığı halda növbəti ildə R1 reproduksiyalı toxumların istehsal edilərək satılması adı altında toxumçu təsərrüfatı kimi qeydiyyata alınmış şəxslərə toxum subsidiyalarının ödənilməsinə yol verilib.

"Eyni zamanda ümumi toxum subsidiyasının 2021-ci ildə 73,2 %-ni, 2022-ci ildə 53,7 %-ni əldə etmiş, toxumçu kimi qeydiyyata alınmış hüquqi və fiziki şəxslər üzrə həmin toxumun istehsalı üçün bəyqan dövründə müvafiq əkin sahələri bəyan olunmayıb", - hesabatda deyilir.

Bildirilir ki, qeyd edilən uyğunsuzluqların daxili nəzarət qaydasında vaxtında araşdırılması və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin tətbiqi təmin edilməyib, alış və satış əməliyyatlarının mühüm təsdiqedici ilkin sənədləri kimi elektron qaimə-fakturalara və idxalda gömrük bəyannamələrinə əsaslanmamaqla toxumçuluğun subsidiyalaşdırılması prosesi üzərində məsafədən dövlət nəzarətinin müasir rəqəmsal elementlərindən istifadə olunmaması sinifli və ya reproduksiyalı toxumların hərəkətinin həqiqiliyini sual altında qoyub ki, bu da müəyyən intizamsızlıq hallarının baş verməsinin və “toxum subsidiyası” adı altında əsassız ödənişlərin həyata keçirilməsinin qarşısının alınmasına yardım etmir.

OXŞAR XƏBƏRLƏR
Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Mikayıl Cabbarov İsmayıllıda  “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

Mikayıl Cabbarov İsmayıllıda “Coca-Cola” şirkətinin təməlqoyma mərasimində iştirak edib

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib

SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib

XƏBƏR LENTİ
  • 00:05

    Polşa “Şərq Qalxanı” üçün 10 milyard zloti ayırıb
  • Dünən
    23:20

    İsraildə Netanyahu hökumətinə qarşı etirazlar keçirilir
  • Dünən
    22:30

    Putin KXDR-ə səfər edəcək
  • Dünən
    21:20

    Latviya Parlamentinin sədri Azərbaycana gəlib
  • Dünən
    20:37

    Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
  • Dünən
    19:38

    Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib
  • Dünən
    19:05

    Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edib
  • Dünən
    18:47

    Gürcüstana giriş qaydaları dəyişəcək
Menyu