http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

16 Aprel 2024 , 10:02
ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) birləşmə və hissələrində olan minik, yüngül tipli maşınlara və sərnişindaşıyan avtobuslara baxış keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, baxış zamanı avtomobillərin texniki vəziyyəti, hərəkət təhlükəsizliyini təmin edən idarəetmə sistemlərinin sazlığı və komplektliyi yoxlanılıb.

Avtomobil texnikalarında qovşaq və mexanizmlərin sazlığı, yeriyən hissələrin həmçinin avtomobillərin konstruksiyasında olan digər hissələrin saz vəziyyətdə saxlanılmasına və texniki qulluğun göstərilməsinə xüsusi diqqət yetirilib.

Ən yaxşı nəticəni göstərən hərbi hissələr baxışın sonunda mükafatlandırılıb.

Qeyd edək ki, texnikada yaranan nasazlığın aradan qaldırılması, ona texniki qulluğun lazımi qaydada göstərilməsi yüksək təcrübə və bilik tələb edir.

Ordumuzun birləşmə və hissələri arasında keçirilən texniki baxışlar şəxsi heyətin bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş və texniki hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətində mühüm rol oynayır.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər

Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən təlimdə iştirak ediblər

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib

Zəngilanda silah-sursat aşkarlanıb

Zəngilanda silah-sursat aşkarlanıb

XƏBƏR LENTİ
  • 00:51

    ÇL: "Real Madrid" Münhen səfərindən sərfəli nəticə ilə qayıdır
  • Dünən
    23:28

    Ukraynanın iki bölgəsində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    23:08

    ABŞ Çinlə münaqişəyə hazır olmağın vacib olduğunu bildirib
  • Dünən
    22:55

    Bolqarıstan ABŞ ilə F-16-ların tədarükü ilə bağlı müqaviləyə dəyişiklik edib
  • Dünən
    22:40

    Gürcüstan parlamenti mayın 1-də xarici agentlər haqqında qanun layihəsinə yenidən baxacaq
  • Dünən
    22:26

    Rumıniya və Moldova Aİ, NATO, ATƏT və BMT ilə hərbi əməkdaşlıq edəcək
  • Dünən
    22:11

    Sumqayıtda zavodda yanğın olub
  • Dünən
    21:59

    Tbilisidə etirazçılar parlament binasını mühasirəyə almaq qərarına gəliblər
Menyu