http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

ƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli?

16 Aprel 2024 , 16:41
ƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli?

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.

"Operativ Media" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun nümayəndələri ilə görüşüb

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun nümayəndələri ilə görüşüb

Azərbaycan BMT ilə yeni əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycan BMT ilə yeni əməkdaşlıq imkanları dəyərləndirilib

XƏBƏR LENTİ
  • 22:59

    Gürcüstan Aİ-ni 2024-cü ildə üzvlüklə bağlı danışıqlara başlamağa çağırıb
  • 22:45

    Ağ Ev: Ukrayna yaxın bir neçə ildə NATO-ya daxil olmayacaq
  • 22:30

    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
    Göyçay sakini qətlə yetirilib, oğlu saxlanılıb
  • 22:24

    Azərbaycan Bolqarıstana əlavə həcmdə enerji resursları tədarük edə bilər
  • 22:10

    Stoltenberq: Ukrayna NATO üzvlüyünə doğru dönməz yoldadır
  • 21:55

    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
    Gürcüstan: QHT-lərə gələn xarici pulların 90%-dən çoxu kəşfiyyat şəbəkələrinə xərclənir
  • 21:42

    BMT: Qəzzada danışıqların uğur qazanacağına ümid edirik
  • 21:27

    Azərbaycan və Gürcüstan ombudsmanları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
Menyu