Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Nərmin Qocamanlı
Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 12 faizdən çox artıb

Naxçıvan Muxtar Respublikasında aprelin 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 faiz artaraq 16936 olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Operativ Media"ya bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 12,4 faiz artıb və 481 təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 5579-a çatıb.

 

Digər xəbərlər