http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR Səudiyyə Ərəbistanı şirkəti ilə əməkdaşlıq edəcək

18 Aprel 2024 , 19:37
SOCAR Səudiyyə Ərəbistanı şirkəti ilə əməkdaşlıq edəcək

16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.

Bu barədə "Operativ Media"ya SOCAR-dan məlumat verilib. 

Qeyd edilib ki, sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

 

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanda pul bazası 14 % artıb

Azərbaycanda pul bazası 14 % artıb

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib

XƏBƏR LENTİ
  • 09:45

    AL: "Roma" "Bayer"ə, "Olimpik Marsel" "Atalanta"ya qarşı
  • 09:45

    Ötən gün axtarışda olan 81 nəfər saxlanılıb
  • 09:37

    Ermənistanda Azərbaycan sərhədinin çəkilməsinə etiraz edən 31 nəfər saxlanılıb
  • 09:35

    Azərbaycan millisi beynəlxalq turnirin qalibi oldu
  • 09:31

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti tərəfindən qəbul edilib
  • 09:28

    ABŞ Dövlət Departamenti: "Gürcüstanın bəyanatları Aİ və NATO-ya üzv olmaq imkanını riskə atıb"
  • 09:25

    "Traktor" doğma meydanda xal itirdi
  • 09:15

    Yasamal rayonunda qaz kəsiləcək
Menyu