http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Deputat: "Büdcə qanunvericiliyinin pozulmasına qarşı elektronlaşmanın tətbiqi sürətlənməlidir"

19 Aprel 2024 , 12:30
Deputat: "Büdcə qanunvericiliyinin pozulmasına qarşı elektronlaşmanın tətbiqi sürətlənməlidir"

"Operativ Media" xəbər verir ki,  bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, Hesablama Palatasının hesabatında 2023-ci ildə aparılan 31 uyğunluq auditindən 27-də büdcə qanunvericiliyinin pozulması, yenə 27-də dövlət satınalmaları qaydalarının pozulması, hallarına rast gəlinməsi göstərilib.

Onun sözlərinə görə, son zamanlar bu istiqamətdə qanunvericilikdə edilən dəyişikliklər nəzarət mexanizmlərinin innovativ həllər üzərində qurulmasının dövlət siyasəti olduğunu göstərir: “Bununla yanaşı, hesabatda göstərildiyi kimi, biz də dövlət orqanlarında daxili nəzarət mühitinin gücləndirilməsini, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsni, xərclərin düzgün rəsmiləşdirilməsini prosesinin gücləndirilməsini vacib sayırıq. Eyni zamanda, hesabatda göstərilən dövlət orqanlarında tez-tez rast gəlinən nöqsanlar bizə bir daha qanunvericilik aktlarında təkmilləşmələr aparmağa, hökumətə isə qəbul etdiyi qayda və normativləri yeniləməyə sövq edir”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanda pul bazası 14 % artıb

Azərbaycanda pul bazası 14 % artıb

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Özbəkistan regional əməkdaşlığı müzakirə edilib

XƏBƏR LENTİ
  • 10:26

    “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik edilib
  • 10:21

    Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
    Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
  • 10:17

    Azərbaycan Ordusunda tank bölmələrinin döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO
  • 10:15

    ÇL: "Borussiya" - PSJ matçının ən yaxşı oyunçusu bəlli oldu
  • 10:09

    Rezidentura imtahanında 1274 namizəd iştirak edəcək - DİM
  • 10:06

    Ötən gün 98 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 10:01

    KTM: Ötən ay 56 nəfər dərmandan zəhərlənib
  • 10:00

    Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
Menyu