Çin 2022-ci ilin sonundan bəri ilk dəfə Rusiyaya avadanlıq tədarükünü azaldıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatlarında əks olunub.
Bildirilib ki, 2024-cü ilin mart ayında Çindən Rusiyaya maşın, avadanlıq və mexanizmlərin, eləcə də onların hissələri və aksesuarlarının birbaşa tədarükü əvvəlki illə müqayisədə 15 faiz (2,9 milyard dollar) azalıb.