http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SİF: Kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür

24 Aprel 2024 , 17:30
SİF: Kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür

Bu ilin yanvar-mart ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən kreditlərin layihə sayı üzrə 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür.

"Operativ Media" Fondun məlumatına istinadən xəbər verir ki, hesabat dövründə güzəştli kreditlərin sahibkarlıq subyektləri üzrə bölgüsündə mikro sahibkarlıq subyektlərinin payı 97,1 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 2 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 0,8 faiz təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart ayları ərzində Fond tərəfindən 1065 layihənin maliyyələşdirilməsinə 43,1 milyon manat güzəştli kredit verilib ki, bunun hesabına 751 yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Ayrılan güzəştli kredit məbləğinin 59,9 faizi və ya 25,8 milyon manatı kənd təsərrüfatı məhsullarının istehsalına yönəldilib. Kredit məbləğinin 35,5 faizi (15,3 milyon manatı) sənaye məhsullarının istehsalı və emalının, 1,6 faizi (689,6 min manatı) turizm, 3 faizi (1,29 milyon manatı) digər sahələrin payına düşüb.

OXŞAR XƏBƏRLƏR
Dünya bazarlarında neftin qiyməti aşağı düşüb

Dünya bazarlarında neftin qiyməti aşağı düşüb

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

Türkiyədə inflyasiyanın artması Azərbaycanda hansı sahələrə təsir edib?

XƏBƏR LENTİ
  • 09:56

    Prezident İlham Əliyev "Euronews"a müsahibə verib
    Prezident İlham Əliyev "Euronews"a müsahibə verib
  • 09:53

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb
  • 09:42

    DYP sürücülərə müraciət edib
  • 09:22

    Dünya bazarlarında neftin qiyməti aşağı düşüb
  • 09:19

    İranın xarici işlər naziri Qambiyaya səfər edib
  • 09:11

    Beynəlxalq səyyahlar Xudafərin körpüsündə olublar
  • 09:07

    Blinken: "ABŞ Fələstin və İsrailin birgə yaşamasının mümkünlüyünü düşünür"
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
Menyu