http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

24 Aprel 2024 , 17:40
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

İyunda Bakıda keçiriləcək “Bakı Enerji Həftəsi” çərçivəsində Azərbaycan və Əlcəzair arasında bərpa olunan enerji və enerji səmərəliliyi üzrə əməkdaşlıq üçün imkanlar yaradacaq.

"Operativ Media" Energretika Nazirliyində istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov və Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının Milli müdafiə komissiyasının sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə aparılıb.

Görüşdə uzun tarixə malik Azərbaycan-Əlcəzair münasibətlərinin yeni mərhələdə inkişafında enerji sahəsində əməkdaşlığın rolundan bəhs edilib.

Neft İxrac Edən Ölkələr Birliyinə daxil olmayan ölkələr (OPEC+) və Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) formatlarında, həmçinin iki ölkənin müvafiq nazirlikləri, eləcə də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Sonatrach” şirkətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu əlaqələrin daha da möhkəmləndirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun icrası, qarşılıqlı investisiya imkanlarının dəyərləndirilməsi və enerji sahəsində potensialın reallaşdırılması baxımından Birgə İşçi Qrupunun fəaliyyətə başlamasının əhəmiyyəti vurğulanıb.

Birgə İşçi Qrupunun iyunda “Bakı Enerji Həftəsi” çərçivəsində planlaşdırılan ilk iclasının neft-qaz sahəsi ilə yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi üzrə də əməkdaşlıq üçün imkanlar yaradacağı qeyd edilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin digər aspektləri üzrə də fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

İqtisadiyyat naziri:  "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

İqtisadiyyat naziri: "Özəl sektorda aktivliyi artırmaq niyyətindəyik"

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu