Menyu

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində olub

Nərmin Qocamanlı
Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində olub

Qazaxıstan Respublikasının müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sultan Kamaletdinovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, aprelin 26-da Qazaxıstan nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gəlib. Qonaqlara komanda məntəqəsinin əsas fəaliyyət istiqamətləri, imkan və qabiliyyətləri barədə ətraflı məlumat verilib.
Daha sonra qazaxıstanlı nümayəndələr Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzini ziyarət edib. Burada qonaqlara mərkəzin yaranma tarixi, icra olunan fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər