http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“EFES - 2024” təlimi davam edir

03 May 2024 , 12:04
“EFES - 2024” təlimi davam edir

Müxtəlif ölkələrin hərbi qulluqçularının iştirak etdiyi kompüter dəstəkli komanda-qərargah təliminin icra mərhələsi keçirilir.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, təlimin ilkin mərhələsində təlimə nəzarət qərargahının hazırlıq prosesi həyata keçirilib, ssenari və icra olunacaq tapşırıqlara dair brifinq verilib.

Bildirilib ki, komanda-qərargah təlimində əsas diqqət qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.

Bundan başqa çoxmillətli Müştərək Tapşırıq Qüvvəsinin qərargahında tətbiq olunan kompüter dəstəkli komanda-idarəetmə sistemləri təlim iştirakçıları tərəfindən  məşq etdirilib.

Plana uyğun olaraq, təlimin icra mərhələsində çoxmillətli qərargaha daxil olan müdaxilələr əsasında müxtəlif tapşırıqlar icra olunur.

Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Qeyd edək ki, mayın 30-dək keçiriləcək “EFES - 2024” çoxmillətli təlimi çərçivəsində kompüter dəstəkli komanda-qərargah fəaliyyətləri və döyüş atışlı praktiki məşqlər icra olunacaq.

OXŞAR XƏBƏRLƏR
Türkiyə MN: Birlikdən güc doğar!

Türkiyə MN: Birlikdən güc doğar!

MN: Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcək

MN: Regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcək

"Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir

"Hərbi Dəniz Qüvvələri" fakültəsinin kursantları ilə praktiki məşğələlər keçirilir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu