Menyu

“EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO

Nərmin Qocamanlı
“EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub - VİDEO

Müxtəlif ölkələrin hərbi qulluqçularının cəlb olunması ilə Türkiyədə keçirilən “EFES - 2024” çoxmillətli təlimində növbəti tapşırıqlar icra olunub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, təlimin planına əsasən, iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif çaplı atıcı silahlardan praktiki atışlar icra ediblər.

Bundan başqa, yaşayış məntəqəsində döyüşün aparılması və şərti düşmənin zərərsizləşdirilməsi, yaralı hərbi qulluqçuya ilkin tibbi yardımın göstərilməsi və onun təxliyə olunması üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən beynəlxalq təlim mayın 30-dək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər