22 May 2024, 20:17
Hərbçilərimiz Türkiyədə kursda iştirak edirlər - FOTO
Hərbçilərimiz Türkiyədə kursda iştirak edirlər - FOTO şəkil
Hərbçilərimiz Türkiyədə kursda iştirak edirlər - FOTO

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasının İzmir şəhərində keçirilən kursda iştirak edir.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.

Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir. 

Son xəbərlər
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb
Sabah MSK bələdiyyə seçkilərinə yekun vuracaq
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib
Samir Həziyev ADY-nin Yük daşımaları departamentinə rəhbər təyin olunub
"Bank Respublika" SMS bildirişə görə aylıq abunə haqqını 3 manata qaldırıb
Azərbaycanın yeganə kolxozu aqroparka çevrildiyini elan edib
Məktəbliyə fiziki zorakılıqla bağlı yayılan görüntülər araşdırılır