23 May 2024, 11:43
Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib
Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib şəkil
Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov qonaqlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, işğaldan azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətin yüksək səviyyədə təşkili üçün mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə davam etdirilir.

Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb
Fransa və Belçika Baltik dənizində patrul missiyasına qoşulacaq
“Əmək bazarı” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı müzakirə olunub
SOCAR: “Neft Daşları” - Dübəndi neft xəttində sızma aradan qaldırılıb