Mühəndis bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilib.
Nazirlikdən"Operativ Media"ya verilən xəbərə görə, məşğələlərə cəlb edilən şəxsi heyət mina və partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra ediblər.
Mühəndis təminatı tapşırıqlarını yerinə yetirən hərbi qulluqçularla keçirilən məşğələlərdə əsas məqsəd onların peşəkarlıq səviyyəsinin artırılması, silahlanmada olan müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net