Menyu

Bu zabitlərə sertifikatlar təqdim edilib - FOTO

Bu zabitlərə sertifikatlar təqdim edilib - FOTO

Mayın 30-da Əməliyyat-taktiki fakültədə “Qərargah zabitləri” səviyyəsində təkmilləşdirmə kursunun 67-ci buraxılışına həsr olunmuş tədbir keçirilib.

Bu barədə “Operativ Media”ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Elnur Ələsgərli açaraq təkmilləşdirmə kursunun elmi mahiyyəti, ordu quruculuğu prosesində əhəmiyyətini vurğulayıb, həmçinin bu kimi kursların bilavasitə döyüş hazırlığının yüksəldilməsində müsbət təsirini qeyd edib.

Sonda təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib.

Teqlər:

"Bu zabitl\u0259r\u0259 sertifikatlar t\u0259qdim edilib - FOTO"

Əlaqəli Xəbərlər