MN: Hərbi qulluqçumuz naməlum şəraitdə itkin düşüb
Nərmin Qocamanlı
Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitində itkin düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Hərbi qulluqçumuzun axtarışı ilə bağlı zəruri tədbirlər görülür", - məlumatda qeyd olunub.