http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Marketlərdəki qiymət problemini necə həll etmək olar?

10 İyun 2024 , 11:13
Marketlərdəki qiymət problemini necə həll etmək olar?

Alıcılar marketlərdən alış-veriş etdikləri zaman məhsulun piştaxtadakı qiymətinə görüb onu almağa qərar verirlər. Lakin kassada ödəmə zamanı həmin məhsulun fərqli və adətən onların görüb razılşadıqları qiymətdən daha yüksək olduğunu gördükdə xoşagəlməz hallar baş verir. Bu zaman alıcı piştaxta qiymətinin, yoxsa kassa qiymətinin əsas olduğu barədə qərarsız qalır.

Mövzu ilə əlaqədar hüquqşünas Əkrəm Həsənov "Operativ Media"ya bildirib ki, qanuna görə, bu halda piştaxtada yazılan qiymət rəhbər tutulmalıdır.

O, bunu mağazadan nəsə alarkən şifahi formada bağlanmış alqı-satqı müqaviləsi ilə əlaqələndirib:

“Müqavilə həmişə yazılı olmur, şifahi formada da müqavilə bağlanılır. Hər bir müqavilənin bağlanması da Mülki Məcəllənin tələblərinə görə, bir tərəfin təklifi, o biri tərəfin də onu qəbul etməsi etməsi nəticəsində bağlanılır. Mağaza hər hansı malın qiymətini üstünə qoyanda təklif vermiş olur və alıcı o malı götürüb kassaya yaxınlaşanda bununla bəyan edir ki, təklifi qəbul edib. Kassada qiymətin dəyişməsi artıq təklifin dəyişməsidir ki, bu da düzgün deyil, çünki alıcı malı götürüb kassaya yaxınlaşanda müqaviləni bağlamış hesab olunur".

Hüquqşünas bildirib ki, piştaxtadakı qiymət kassada dəyişilirsə, vətəndaş bununla razılaşmaya və məhkəmə qaydasında mübahisələndirə bilər:

“Doğrudur, təcrübədə vətəndaşlar bunu etmirlər, iki seçimdən birini edirlər; ya məhsulu yerinə qoyub almırlar, ya da qiymətin artmasına baxmayaraq, onu yeni qiymətilə alırlar. Amma vətəndaşın bu faktı videoqeydə alıb daha sonra məhkəmə qaydasında mübahisələndirə bilmək haqqı var. Bununla bağlı o, Baş İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə də şikayət edə bilər. Çünki faktiki olaraq həmin mağaza vətəndaşın istehlakçı hüquqlarını pozmuş və onu faktiki aldatmış hesab olunur”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin növbəti qəbulu keçiriləcək

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

266,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu