http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

18 kq-dan çox qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb

10 İyun 2024 , 11:52
18 kq-dan çox qızıl-zinət əşyalarının ölkəyə qanunsuz keçirilməsinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda qızıl-zinət əşyalarının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən "Operativ Media"ya bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşları (bir ailənin üç üzvü) "yaşıl kanal" vasitəsilə hava limanını tərk edərkən əl yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunublar. Gömrük baxışı zamanı, ailə başçısına məxsus iki ədəd çemodan və bir ədəd bel çantasından gömrük orqanlarına bəyan edilməyən, xalis çəkisi 18 kiloqram 97 qram olan qızıl-zinət əşyaları aşkar edilib. İlkin araşdırma zamanı məlum olub ki, maddi təminat qarşılığında bir ailəni külli miqdarda qızıl-zinət əşyalarını ölkəmizin gömrük sərhədindən qanunsuz keçirməyə sövq ediblər. Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edilib ki, 2023-cü il və 2024-cü ilin cari dövrü ərzində gömrük orqanları tərəfindən qızıl-zinət əşyalarının və qiymətli daşların gömrük sərhədindən qanunsuz keçirilməsi üzrə 51 fakt aşkar edilib. Bu faktlar üzrə hüquqpozma predmeti kimi 54 kiloqrama yaxın qızıl-zinət əşyaları və qızıl külçələrin, 613 karatdan çox qiymətli daşların qanunsuz keçirilməsinin qarşısı alınıb. Aşkarlanan son fakt da qızıl-zinət əşyalarının gömrük nəzarətindən kənar keçirilmə cəhdidir və bu kimi hallara qarşı mütəmadi mübarizə tədbirləri həyata keçirilir. İstər qızıl, istərsə də digər məhsulların qanuni idxalı ilə məşğul olan sahibkarlara və yaxud fiziki şəxslərə gömrük orqanlarına bəyan edilən mallara görə rəsmiləşdirmə tədbirləri həyata keçirilir və müvafiq sənədlər təqdim olunur. Ümumiyyətlə, gömrük və vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə gömrük və vergi orqanları tərəfindən mütəmadi əsaslarla kompleks birgə tədbirlər həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu