http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Arpanın qiyməti niyə ucuzlaşıb?

10 İyun 2024 , 14:12
Arpanın qiyməti niyə ucuzlaşıb?

Bu il arpa biçini məhsuldarlıqla başlayıb. Artıq bəzi rayonlarda biçin yekunlaşıb. 

“Operativ Media” xəbər verir ki, yeni məhsulun bazara çıxması ilə qiymətlər də ucuzlaşıb. 

2023-cü ildə istehsal olunmuş dənli və dənli paxlalı bitkilərin 56,4 faizini buğda təşkil edib. Lakin bu il əvvəlki illərə nisbətdə arpa əkini daha çox olub. Bəzi bölgələrdə arpa əkini, hətta buğdanı da üstələyib.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd olunur ki, əsas əkin payız aylarında aparılıb. Ümumilikdə 598,3 min hektar ərazidə buğda, 417,1 min hektar ərazidə isə arpa əkilib. 2019 cu ildə 577 min hektar ərazidə buğda, 298 min hektar ərazidə isə arpa əkilib. 2020 ci ildə isə fermerlər 543 min hektar sahədə buğda, 326 min hektar sahədə arpa səpib. Rəsmi rəqəmlərdən də görünür ki, arpa əkini ildən ilə artıb. Ötən ilin müvafiq göstəricisi ilə arpa səpini bu il 4 faiz çoxdur.

Bəs arpaya maraq niyə belə artıb?

Əvvəla qeyd edək ki, arpa yemlik dəyərinə görə respublikada heyvandarlığın dinamik inkişafının və onun möhkəm yem bazasının təmin olunmasında mühüm əhəmiyyətə malikdir. Ölkədə istehsal olunan arpa dəninin 95,8 – 98,8 % -i heyvandarlıqda yem kimi istifadə olunur. Arpa dənində olan müxtəlif üzvi proteinlərlə bərabər, onların tərkibində olan lizin, triptofan, leysin və digər qiymətli amin turşuları heyvan mənşəli zülalların tərkib hissəsini təşkil edir ki, bu da heyvanların kökəlməsində böyük əhəmiyyətə malikdir. Samanı isə ot ununun hazırlanmasında ən mühüm xammaldır. Qidalılıq dəyəri yem vahidinə yaxındır. Digər payızlıq dənli bitkilərlə (buğda, tritikale, vələmir) müqayisədə nisbətən qısa vegetasiya müddətinə malik olması onu digər dənli bitkilərdən fərqləndirir. Buğdadan ən azı 10-12 gün, tezyetişən arpa sortları isə 12-15 gün tez yetişir ki, bu da həmin sahədən ikinci məhsul (silosluq və dənlik qarğıdalı, tərəvəz bitkiləri və s.) alınmasına imkan verir. 

Bununla yanaşı, son illər Azərbaycanda kənd təsərrüfatına maraq və bu sahəyə yatırılan vəsaitlərin həcmi kəskin artıb. Aqrar sahəyə dövlət dəstəyi - xüsusilə də birdəfəlik və əkin subsidiyalarının verilməsi, müxtəlif kənd təsərrüfatı avadanlıqların satışında iri güzəştlərin tətbiqi yerli əhalini və investorları bu sahəyə diqqətini artırıb. 

Arpa əkininin orta məhsuldarlığı bir hektar üçün ortalama 29,6 sentenerdir. Arpanın hazırda satış qiyməti 32 qəpikdən başlayır. Toxumluq arpa 42 qəpikdir. Dəyanətli R2 sortu isə 80 qəpikdir. Arpanın sentner qiymətinin 32 manat olduğunu nəzərə alsaq, bir hektar ərazidən 960 manatlıq arpa əldə edilir. Əvvəl isə bu rəqəm 1100 manat təşkil edirdi. 

Bəzi fermerler isə məhsulun satışını indi deyil, payız və qışda həyata keçirirlər. Adətən, dövrü bahalaşma heyvanların örüş sahəsinə çıxarılmadığı aylarda müşahidə edilir.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Babək prospektində qəza olub, yolda sıxlıq yaranıb

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

Pərviz Şahbazov Mingəçevirdə vətəndaşları qəbul edib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu