Menyu

Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir- VİDEO

Nərmin Qocamanlı
Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir- VİDEO

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışının əsas məqsədi hərbi hissələrin döyüş qabiliyyətinin daimi yüksək səviyyədə saxlanılması, səfərbərlik zamanı və müharibə (silahlı münaqişə) dövründə ordu sıralarına ehtiyatdan hazırlıqlı şəxsi heyətin çağırılması, eyni zamanda hərbi vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirmək, habelə silahlanmaya qəbul edilmiş müasir silah və texnikanın istismar qaydalarını öyrətməkdən ibarətdir.
Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif ixtisaslar üzrə nəzəri və praktiki məşğələlər keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər