http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Lənkəranda ictimai iaşə obyektində dönər emalı fəaliyyəti məhdudlaşdırılıb

10 İyun 2024 , 15:06
Lənkəranda ictimai iaşə obyektində dönər emalı fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində müxtəlif dönərxanalarda mal əti və toyuq əti dönərlərindən götürülmüş nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyasında müayinəsi nəticəsində Lənkəran şəhəri, Q.Xiyabanı küçəsi 13A ünvanında yerləşən, fiziki şəxs Cavadov Elvin Tarix oğluna məxsus “Qala Dönər” ictimai iaşə obyektində hazırlanan toyuq əti dönərinin tərkibində E.coli bakteriyası aşkarlanıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, bununla bağlı Agentlik əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı obyektin dönər hazırlanan hissəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, qida obyektində yuyucu və təmizləyici vasitələrin qida ilə təmas halında yerləşdiyi, çarpaz çirklənmənin qarşısını alacaq müvafiq yuma çanaqlarının olmadığı, dönər hazırlanan hissədə kömür məhsullarının saxlandığı, qida məhsullarının yerdən və divardan ara məsafə gözlənilmədən yığıldığı, xammal və yarımfabrikatların temperatur rejiminə əməl olunmadan saxlandığı, eyni zamanda istifadə olunan duru yağ məhsullarının son istifadə müddətinin bitdiyi, çiy dönər ətinin baytarlıq şəhadətnaməsinin mövcud olmadığı məlum olub.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin dönər hazırlanan hissəsinin fəaliyyəti məhdudlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu