http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Avtomobil qiymətləri yarıbayarı ucuzlaşacaq?

10 İyun 2024 , 15:23
Avtomobil qiymətləri yarıbayarı ucuzlaşacaq?

Gələn aydan taksi fəaliyyəti ilə bağlı yeni qərarın qüvvəyə minməsi ilə avtomobil bazarında ciddi təklif yaranıb.

Bəzi ekspertlər hətta avtomobillərin qiymətinin yarabayarı ucuzlaşacağını deyirlər.

Bəs həqiqətən də qiymət bu qədər ucuzlaşacaqmı?

“Operativ Media” xəbər verir ki, hazırda ölkədə 1 milyon 700 min avtomobil var. Bu avtomobillərin 1 milyon 500 mini isə fərdi minik avtomobilləridir.

Hər il ortalama 100 minə yaxın avtomobil idxal edilir. 2023 cü ildə 96 min ədəd, 2022 ci ildə isə 87 min avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsinin rəsmi statistik rəqəmlərində qeyd olunub ki, ötən ilin son 4 ayı ərzində ölkəyə 787 milyon dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. 2024 cü ilin son 4 ayı ərzində isə bu rəqəm 648 milyon dollar olub.

Rəsmi olaraq bu il idxal edilən avtomobillərin sayı açıqlanmasa da, yekun məbləğdən idxalın azaldığını görmək mümkündür. Üstəlik bir amili də nəzərə almaq lazımdır ki, artıq ölkəyə istehsalı 10 ildən çox olan avtomobilləri idxal etmək olmur. Bu isə o deməkdir ki, gətirilən maşınların əksəriyyətinin qiyməti 20 min manat üzəridir.

Son 2 aydır ki, avtomobil bazarında durğunluq yaşanır. Hər həftəsonu avtomobil bazarlarında uzun-uzadı tıxac yaranır. Satan çox olsa da, alıcı yoxdur. Taksilərlə bağlı qərar isə bir çox avtomobilin qiymətini kəskin ucuzlaşdırıb.

Nəzərə almaq lazımdır ki, rəsmi açıqlanan rəqəmlərdə Bakıdakı taksi sayının 67 min olduğu bildirilirdi. Bu avtomobillərin əksəriyyətinin istehsal ili köhnə olduğundan böyük bir hissəsi satışa çıxarılıb.

Avtomobil bazarında durğunluğun olması maşınların baha olması ilə əlaqəli deyil. Hazırda nəinki avtomobil bazarı, mənzil bazarı, tikinti bazarı və digər sahələrdə də durğunluq yaşanır. Bəzi insanlar isə avtomobil almaq üçün pulu olsa belə gələn ayı gözləyirlər.

Ehtimal olunur ki, iyulun 1 dən avtomobil qiymətləri ucuzlaşacaq. Amma bu bütün avtomobillərə şamil edilməyəcək. 15 min manat üzəri qiymətləri olan avtomobillərdə isə kəskin ucuzlaşma olmayacaq.

Hazırda satışda olan avtomobil 20 min manatdırsa, xaricdən sifariş veriləndə də bu qiymətə olacaq.

Çünki, hər ay xarici bazarda təklif azalır. Nəqliyyat xərcləri artıb, utiliziasiya pulu əlavə edilib. İstehsal ili 10 ildən aşağı olan avtomobil sayı məhduddur.

Ona görə də, konkret fantastik şəkildə ucuzlaşmanın olacağını demək düzgün deyil.

OXŞAR XƏBƏRLƏR
COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

Ceyhun Bayramov: Ermənistan-Azərbaycan normallaşma prosesi üzrə danışıqlar davam edir

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu