ADY: Bakı-Ağstafa qatarına Tovuz stansiyasında dayanacağın verilməsi bərpa edilir
Nərmin Qocamanlı
Tovuz stansiyasından keçən dəmir yolunda aparılan təmir işləri yekunlaşdığından bu gündən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən qatarlara bu stansiyada dayanacağın verilməsi bərpa edilir.
"Operativ Media" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və ya 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma