http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatı

10 İyun 2024 , 17:36
Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatı

Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumat yayıb.

Məlumata görə, həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.

İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.

Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfər şəxsin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.

Qeyd olunan 26 nəfər şəxs yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.

Digər 12 nəfər şəxs barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.

Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.

Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR
Ümumü təhsil müəssisələri ödənişli əsaslarla dərnəklər, kurslar və sərgilər təşkil edəcək

Ümumü təhsil müəssisələri ödənişli əsaslarla dərnəklər, kurslar və sərgilər təşkil edəcək

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları müəyyənləşib

İnternat tipli ümumi təhsil müəssisələrinin şagirdlərinin dövlət təminatları müəyyənləşib

Açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib

Açıq və qapalı tipli xüsusi təlimtərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib

XƏBƏR LENTİ
  • Dünən
    23:13

    AÇ-2024: Almaniya qalib gəlir - YENİLƏNİR
    AÇ-2024: Almaniya qalib gəlir - YENİLƏNİR
  • Dünən
    23:04

    G7 bütün ölkələri Paris Olimpiadası zamanı atəşkəsə çağırıb
  • Dünən
    22:49

    BRİCS liderləri Ukrayna ilə bağlı konfransa qatılmayacaq
  • Dünən
    22:35

    Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
  • Dünən
    22:28

    Tərtərdə 32 yaşlı kişi öldürülüb
  • Dünən
    22:13

    G7: Qəzzada münaqişə Fələstinin tanınması ilə bitməlidir
  • Dünən
    21:58

    Türkiyə G7-dən problemlərə daha ədalətli və real yanaşma gözləyir
  • Dünən
    21:44

    G7 Belarusu Rusiyaya yardım etdiyinə görə qınayıb
Menyu