http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib

10 İyun 2024 , 19:08
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli hərbi əməkdaşlığı müzakirə edilib

Gürcüstan və Azərbaycanın müdafiə nazirləritəkbətək görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın istiqamətlərini, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın hörmət və etimada əsaslandığı, bunun regionun təhlükəsizliyi və inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tərəflər həmçinin Gürcüstanın regional sülhün təşviq edilməsini nəzərdə tutan “Dinc Qonşuluq Təşəbbüsü”nə diqqət yönəldiblər.

Nazirlər Gürcüstan və Azərbaycanın müdafiə qurumları arasında intensiv ikitərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İrakli Çikovani qeyd edib ki, bu illər ərzində toplanmış böyük təcrübə həm Azərbaycanın, həm də Gürcüstanın müdafiə qüvvələrinin inkişafına töhfə verir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan öz potensialı ilə öz vətəndaşlarının daha yaxşı rifahını təmin etmək imkanına malik strateji tərəfdaşlardır.

Qeyd olunub ki, tərəflər müxtəlif məsələlərin müzakirəsi üçün mühüm vahid regional platforma olan Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına da toxunublar. //APA//

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Müdafiə Nazirliyinin rəhbərliyi şərti sərhəd istiqamətində xidmət edən hərbi qulluqçularla görüşüb

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

Polkovnik Anar Eyvazov: “Antiterror əməliyyatının qısa müddət ərzində, uğurla başa çatması peşəkarlığın və döyüş təcrübəsinin nəticəsidir”

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu