http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa avtobus marşrutları müsabiqəyə çıxarılır

10 İyun 2024 , 19:43
Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa avtobus marşrutları müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaxında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Zəngilan, Bakı-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Laçın, Xankəndi-Laçın, Xankəndi-Bərdə, Xankəndi-Malıbəyli, Xankəndi-Şuşa, Xocalı-Şuşa, Naftalan-Suqovuşan şəhərlərarası və rayonlararası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

"Operativ Media"nın AYNA-ya istinadən verdiyi məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 9 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Laçın (Bərdə-Ağdam yolu), Bakı-Zəngilan (Ağalı kəndi), Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 5 Lot üzrə iyulun 26-da;

Xankəndi-Bərdə, Xocalı-Şuşa, Xankəndi-Şuşa və Xankəndi-Malıbəyli istiqamətlərində 4 Lot üzrə iyulun 30-da;

Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə avqustun 2-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır. 

OXŞAR XƏBƏRLƏR
“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib

SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib

Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib

Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib

XƏBƏR LENTİ
  • 18:06

    “Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək
  • 17:45

    "Turan Tovuz" rusiyalı qapıçı ilə gücləndi
  • 17:44

    ABŞ və Çin arasında qarşılıqlı ticarət azalıb
  • 17:37

    SABAH qrupları növbəti tədris ilində bakalvriat səviyyəsi üzrə müəllimlərin işə qəbulunu elan edib
  • 17:35

    Paytaxt əhalisinə 3 milyard manatlıq ödənişli xidmət göstərilib
  • 17:28

    Prezident Kitabxanasında “СOP29 Azərbaycan” adlı elektron layihə hazırlanıb
  • 17:14

    Türkiyə və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
    Türkiyə və Ermənistan XİN rəhbərləri arasında telefon danışığı olub
  • 17:12

    Yardımlıda 1 tondan artıq xaş-xaş kolu məhv edilib 
Menyu