http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Təhsil sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

11 İyun 2024 , 12:35
Təhsil sahəsində qanunsuz hərəkətlərə yol verən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləmiş Hacıyev Rüfət Malik oğlunun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görəç istintaqla Rüfət Hacıyevin müvafiq olaraq 2017-2022-ci illərdə Quba rayon Təhsil şöbəsi (hazırda ləğv olunmuş) və 2022-2023-cü illərdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyərkən əmək müqaviləsinin müddətinin uzadılması, orta məktəb direktoru vəzifəsinə təyin edilməsi, təhsil müəssisələrində yoxlamaların keçirilməməsi, xidmət üzrə ümumi himayədarlıq göstərilməsi və digər qanunsuz məqsədlərlə ayrı-ayrı şəxslərdən ümumilikdə 65 min manatdan artıq pul vəsaitini şəxsən almasına, habelə 20 min manat məbləğində pulun Hesablama Palatasının Sosial sahələrin auditi şöbəsinin Təhsil sahələrinin auditi sektorunun müdiri vəzifəsində işləmiş İntiqam Hacıyev tərəfindən rüşvət qismində alınmasına vasitəçilik etməsinə, eyni zamanda qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq pul vəsaitini yaxınlarının adlarından müxtəlif maliyyə əməliyyatları keçirməklə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rüfət Hacıyevə Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2, 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və bu cinayət əməlinin törədilməsinə köməklik etmə), 311.3.2 və 311.3.3-cü (rüşvət alma təkrar və külli miqdarda törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İntiqam Hacıyevə isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu