http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib

11 İyun 2024 , 15:01
“Azərişıq” Göygöldə sahibkarlarla görüş keçirib

Fermer və sahibkarların rahat fəaliyyəti və yaranan problemlərinin yerində aradan qaldırılması məqsədilə “Azərişıq” ASC ölkənin bütün regionlarında görüşlər təşkil edir.

Qurumdan "Operativ Media"ya verilən məlumata görə, belə görüşlərdən biri Göygöldə baş tutub.

Göygöl Gənclər Evində keçirilən tədbirdə 50-yə yaxın sahibkar və yerli sakin iştirak edib. Görüşdə “Azərişıq” ASC-nin ASAN xidmətlə iş departamentinin direktor müavini, Qərb Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) nümayəndələri, eləcə də qurumun mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, həmçinin Göygöl İcra Hakimiyyətinin başçısının müavini iştirak edib.

Görüş zamanı fermer və sahibkarlara “Azərişığ”ın regionlarda həyata keçirdiyi quruculuq və əsaslı təmir-bərpa işləri barədə geniş məlumat verilib.

Bildirilib ki, həyata keçirilən yenidənqurma işləri çərçivəsində ötən əsrin 50-60-cı illərindən qalma elektrik şəbəkələri yeniləri ilə əvəzlənir. Müxtəlif gücdə Yarımstansiyalar tikilir, elektrik xətləri, dayaqlar, sayğaclar yenilənir, müasir transformatorlar quraşdırılır. Müasir şəbəkələrin qurulması enerji itkisinin qarşısının alınması ilə yanaşı əhali və qeyri-əhali abonentlərin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına hesablanıb. Bütün regionlarımızla yanaşı bu işlər həm də Azad Qarabağda tam gücü ilə aparılır.

Həmçinin, qurumun elektron xidmətləri barədə də sahibkarlarla maarifləndici söhbətlər aparılıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciət etmə imkanları ətraflı izah olunub. Görüş zamanı müxtəlif məsələlərlə bağlı suallara aydınlıq gətirilib, iştirakçıların fikirləri, təklifləri, tövsiyələri dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll edilib.

“Azərişıq” yenidənqurma sahəsində olduğu kimi marrifləndirici tədbirlərini də Göygöllə yanaşı ölkənin digər bütün regionlarında davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu