http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş Prokurorluq cinayət prosesində yetkinlik yaşına çatmamış şahidin dindirilməsi ilə bağlı məlumat yayıb

11 İyun 2024 , 16:49
Baş Prokurorluq cinayət prosesində yetkinlik yaşına çatmamış şahidin dindirilməsi ilə bağlı məlumat yayıb

Cinayət prosesində yetkinlik yaşına çatmayan şəxs (uşaq) dedikdə 18 yaşına çatmayan şəxs başa düşülür.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında əks olunub.

"Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.

Yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.

14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.

Dindirmənin başlanmasından əvvəl göstərilən şəxslərə onların dindirmədə iştirak etmək, müstəntiqin icazəsi ilə öz qeydlərini bildirmək və suallar vermək hüququ, habelə onların vəzifələri izah edilir. Müstəntiq verilmiş sualları rədd edə bilər, lakin onlar dindirmə protokolunda qeyd edilməlidir. Həmin protokola, həmçinin dindirilmiş şəxsin və dindirmədə iştirak etmiş şəxslərin bütün qeydləri daxil edilir.

16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir", - məlumatda bildirilib.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu