Menyu

İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağban saxlanılıb

Nərmin Qocamanlı
İşlədiyi yerdən 30 min manatlıq mis kabel oğurlayan bağban saxlanılıb

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb. 

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər