Menyu

“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb - VİDEO

Nərmin Qocamanlı
“Qafqaz Qartalı - 2024” birgə təlimi başa çatıb - VİDEO
1 dəq oxu

Təsdiq olunan plana əsasən, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” taktiki-xüsusi təlimi başa çatıb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, hər üç ölkənin xüsusi təyinatlıları təlim zamanı aviasiya vasitələrinin dəstəyi ilə qarşıya qoyulan bütün tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

“Qafqaz Qartalı - 2024” təlimində hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

Əlaqəli Xəbərlər