AZPROMO: Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları “Alibaba” saytında təqdim olunacaq
Nərmin Qocamanlı
Yaxın zamanda Azərbaycan şirkətləri “Alibaba.com” saytında təmsil olunacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı SIRI – “Ağıllı Sənaye Hazırlığı İndeksi” ilə bağlı vörkşopda çıxışı zamanı deyib.
“Bu il AZPROMO ilə “Alibaba.com” arasında memorandum imzalanıb. Yaxın zamanda Azərbaycan şirkətlərinin məhsulları bu platformada təqdim olunacaq. Əminəm ki, bu, bizim məhsullarımızın beynəlxalq bazara çıxışı və iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün yeni imkanlar açacaq”, - deyə T.Hacılı əlavə edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma