http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanda elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları təsdiqlənib

12 İyun 2024 , 18:05
Azərbaycanda elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları təsdiqlənib

Energetika Nazirliyinin Kollegiyası “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nı təsdiqləyib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı nazir Pərviz Şahbazov yeni qərar imzalayıb.

Qərara əsasən, elektrik qurğularına operativ xidməti növbətçi (operativ) heyət, operativ-təmir heyəti və mülki-hüquqi müqavilə əsasında xidmət edən mütəxəssislər yerinə yetirəcək.

Bundan başqa, elektrik stansiya və yarımstansiyalarının ərazi və yerləşgələri müəyyənləşib. Belə ki, elektrik stansiya və yarımstansiyalarında istehsalat yerləşgələri və qurğuları daxilində və xaricində olduğu kimi, onlara bitişik ərazinin keçidləri və yolları, girişləri və çıxışları işıqlandırılmalı, həmin keçid və yerlər boş saxlanılmalı, piyadaların və nəqliyyatın hərəkəti üçün təhlükəsiz olmalıdır. Həmin keçid və yolları bağlamaq, orada yük yığıb saxlamaq qadağandır. Bu keçidlər, yollar, həmçinin pilləkənlər, meydançalar və onların məhəccərləri saz və təmiz saxlanmalı, qış mövsümündə qardan-buzdan təmizlənməli və qarlı havada onlara qum səpilməlidir.

Nazirliyin Hüquq şöbəsinə bu qərarın gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Mingəçevirdə şəhərdaxili avtobus marşrutları müsabiqəyə çıxarılır

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

XƏBƏR LENTİ
  • 20:19

    TDT-nin Rəqəmsal Aqro Data Platforması yaradılacaq
  • 20:05

    Müdafiə sənayesi naziri Minskdə Belarusla hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib
  • 19:51

    Türkiyə Qəzza problemi həll olunana qədər NATO-nun İsraillə əməkdaşlığını dəstəkləməyəcək
  • 19:36

    Azərbaycan İtaliya ilə Orta Dəhlizlə bağlı əməkdaşlığın perspektivlərini müzakirə edib
  • 19:23

    Zakir Həsənov Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib - VİDEO
  • 19:13

    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
    Mirzoyan: Normallaşma hamı üçün faydalıdır
  • 18:58

    "Azerspace-1" peykinin kanal paketinə iki Özbəkistan kanalı əlavə edilib
  • 18:18

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Menyu