14 İyun 2024, 06:18
Rumıniya Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb
Rumıniya Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb şəkil
Rumıniya Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb

Türkiyə istehsalı “Bayraktar TB2” PUA-ları Rumıniya Quru Qoşunlarının arsenalına daxil edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, ümumi dəyəri təxminən 321 milyon ABŞ dolları olan üç sistemin hər birində altı PUA olacaq. Bu ayın sonu və ya gələn ayın əvvəlində Rumıniya hərbçiləri ilk sınaq uçuşları həyata keçirə biləcəklər.

Müqavilə ötən il imzalansa da, PUA-lar 2024-cü ilin iyunu, 2024-cü ilin sentyabrı və 2025-ci ilin yanvarında Rumıniyaya çatdırılacaq.

Bu ilin fevral-iyun aylarında Rumıniya naviqasiya personalının birinci qrupu istehsalat zavodunda texniki avadanlıqların idarə edilməsi üçün Türkiyədə təlim keçib.

Son xəbərlər
Kaya Kallas: Bizsiz istənilən sülh sazişi iflasa uğrayacaq
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Rəsmi Moskva: Rusiya ilə Azərbaycan arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur
İki bələdiyyəyə seçkilər etibarsız sayılıb
MSK bələdiyyə seçkilərinin nəticələrini elan edib - YENİLƏNİB
Azərbaycan PL-də 23-cü turun hakim təyinatları açıqlandı
Fevralın sonlarına yaxın Bakıya və Abşeron yarımadasına qar yağacağı gözlənilir