Menyu

Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb 

Nərmin Qocamanlı
Zərdabda dələduzluğa görə axtarışda olan şəxs saxlanılıb 
1 dəq oxu

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dələduzluq etdiyinə görə axtarışda olan Bərdə rayon sakini Səbri Abdullayev saxlanılıb. 

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs zərərçəkənin etibarından istifadə edərək ona torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməkliklər göstərəcəyi bərədə yalan vədlər verib və 5800 manatını ələ keçirib.

S. Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Əlaqəli Xəbərlər